Millimizin üzvü oynadı, komandası bir xal qazandı
22.03.2026 - 10:48
Millimizin üzvü oynadı, komandası bir xal qazandı

Albaniya Super LiqasınınXXIX tura start verilib.

Apasport.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" səfərdə "Elbasani" ilə üz-üzə gəlib.

Gərgin keçən oyunda qalib müəyyənləşməyib -  0:0.

Əliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, hazırda "Eqnatia" 51 xalla 3-cü pillədədir.