Millimizin üzvü oynadı, komandası qələbə qazandı
27.09.2025 - 12:54
Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Xorvatiya çempionatında VIII turun matçlarına start verilib. 

Apasport.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geydiyi "Varajdin" evdə "Vukovar"la üz-üzə gəlib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan futbolçu meydana start heyətində çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Varajdin" 8 turdan sonra 12 xalla 3-cü pillədə qərarlaşıb.