Millimizin üzvü oynamadı, komandası xal itirdi
13.04.2026 - 09:56
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi “Kolambus Kryu” MLS-in Şərq Konfransında VII tur çərçivəsində növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, komanda “Orlanda Siti”ni qəbul edib. Görüş 1:1 hesabı ilə nəticələnib.
Hesabı 15-ci dəqiqədə “Orlanda Siti”nin futbolçusu Marko Pasaliç açıb. 80-ci dəqiqədə isə Dieqo Rossi cavab qolunu vurub.
Nəriman matçın iştirak ərizəsində yer alsa da, meydana daxil olmayıb.
Hazırda "Kolumbus Kryu" Şərq Konfransında 6 xalla 11-ci, “Orlanda Siti” isə 4 xalla 13-cüdür.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0