Millinin sabiq futbolçusu mer seçildi
27.06.2022 - 15:18
İtaliya millisinin sabiq futbolçusu Damiano Tommazi Veronanın meri seçilib.
Apasport.az saytının məlumatına görə, 48 yaşlı veteran seçkilərdə səslərin 54,4 faizini toplayıb.
O, şəhərin indiki meri Federiko Sborianuya qalib gəlib. Tommazinin rəqibi 46,6 faiz səslə kifayətlənib.
“Verona”nın yetirməsi olan Damiano 1996-cı ildə “Roma”ya keçib. Bu komandada məşhurlaşan yarımmüdafiəçi 351 matçda 21 qol vurub.
Qeyd edək ki, millidə 25 oyun keçirən Tommazi rəqib qapılarına 2 dəfə yol tapıb.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0