Modriç Çempionlar Liqasının tarixinə düşüb
18.09.2024 - 09:36
“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Liqa mərhələsinin I turunda “Ştutqart”la oyunda (3:1) sonradan meydana daxil olub, qol ötürməsi edib.
Modriç turnirdə assist edən ən yaşlı üçüncü futbolçu olub. O, buna 39 yaş 8 günlüyündə nail olub.
Modriçdən əvvəl Amedeo Karboni (39 yaş, 176 gün) və Rayan Giqqz (39 yaş 363 gün) ÇL-də məhsuldar ötürmə edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0