Modriç ən yaxşısı seçilib
01.11.2025 - 17:36
İtaliyanın "Milan" klubunda oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, Luka Modriç ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
40 yaşlı yarımmüdafiəçi oktyabr ayında "rossoneri"nin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlində "Real"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Milan"a keçib.
0
0