Modriç Puşkaşı geridə qoydu
04.01.2025 - 12:35
Modriç Puşkaşı geridə qoydu

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç tarixi uğura imza atıb.

Apasport.az xəbər verir ki, xorvatiyalı “Valensiya” ilə matçın 80-ci dəqiqəsində meydana çıxıb və 5 dəqiqə sonra qapıya dəqiq zərbə endirərək hesabı bərabərləşdirib – 1:1.

Yarımmüdafiəçi "Real Madrid" tarixində rəsmi oyunlarda qol vuran ən yaşlı oyunçu olub - 39 yaş 116 gün.

Əvvəlki rekordçu 1966-cı ildə 39 yaş 15 gün ərzində fərqlənən əfsanəvi futbolçu Ferens Puşkaş idi.

Qeyd edək ki, bu, Modriçin cari mövsümdə ilk qolu idi.

 

0