Modriçdən vacib qərar: Davam, yoxsa tamam
19.02.2026 - 12:53
"Milan" futbolçusu Luka Modriçə yeni təklif irəli sürüb.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı ulduzu 1il daha komanda da saxlamaq istəyir.
Bu barədə "Calcio Mercato" nəşri məlumat yayıb.
"Rossonerilər"in müqavilənin uzadılması üçün 40 yaşlı oyunçu ilə danışıqlar apardığı qeyd olunub.
Modriç isə yekun qərarını Dünya Çempionatından öncə verəcək.
Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi 2025/26 mövsümündə İtaliya nəhənginin heyətində 26 oyuna çıxıb və 2 qola, 3 məhsuldar ötürməyə imza atıb.
0
0