Morata yenidən A Seriyasında
12.08.2025 - 21:21
Morata yenidən A Seriyasında

"Qalatasaray" ilə müqaviləsinə xitam verən Alvaro Moratanın yeni iş yeri bəlli olub.

Apasport.az xəbər verir ki, 32 yaşlı forvard karyerasını "Komo"da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı hücumçu 1 illik icarə əsasında "Komo"nun şərəfini qoruyacaq.