Moratadan təqdirəlayiq addım
19.12.2024 - 17:55

İtaliya A Seriyası təmsilçilərindən “Milan”nın və İspaniya millisinin şərəfini qoruyan Alvaro Morata azarkeşlərin rəğbətini qazanıb.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu bir müddət əvvəl İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar səbəbindən yararsız hala düşən “Jaume Orti” adlı stadionu təmir etdirməyi öz üzərinə götürüb.
Bu xeyirxah addım futbolçuya 400 min avroya başa gələcək.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu yardımı şəxsi vəqfi tərəfindən icra edəcək.
- “Qalatasaray” qolkiperi ilə yeni müqavilə imzalayacaq
- “Beşiktaş”lı futbolçunun gələcəyinə aydınlıq gəlib
- "Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir
- "Türkiyəyə qayıtmaq fikrində deyiləm" - Türkiyəli futbolçu "Nyukasl"dan ayrılmaq istəmir
- "Barselona" - "Real" matçının hakimi müəyyənləşib
1
0