Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasu DÇ-2026-nın 1/16 finalında Braziliya ilə keçiriləcək oyun öncəsi iddialı açıqlama verib.
Apasport.az xəbər verir ki, yaponiyalı mütəxəssis rəqibin favorit göstərilməsinə baxmayaraq, komandasının mərhələ adlamaq gücündə olduğunu bildirib.
“Əlbəttə, hamı matçın favoriti kimi Braziliyanı görür. Amma biz sabah Braziliyanı mübarizədən kənarlaşdırmaq istəyirik. Buna gücümüz var. Oyun fəlsəfəmizi dəyişməyəcəyəm, ancaq bu matç üçün ayrıca planım var. Meydan oxuyacağıq”, - deyə Moriyasu bildirib.
Qeyd edək ki, Braziliya - Yaponiya oyunu iyunun 29-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.