Motta Bundesliqa klubuna rəhbərlik edə bilər
07.09.2025 - 17:54
Motta Bundesliqa klubuna rəhbərlik edə bilər

Erik Ten Haqla yollarını ayıran “Bayer” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisinə Tiaqo Motta rəhbərlik edə bilər.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, Leverkuzen klubu 42 yaşlı italiyalı mütəxəssislə danışıqlara start verib.

Qeyd edək ki, Motta 2024-cü ilin yayından 2025-ci ilin martına qədər “Yuventus”-a rəhbərlik edib. O, daha əvvəl “Cenoa”, “Spetsiya” və “Bolonya” klublarında da çalışıb.