Mourinyo “Fənərbaxça”dan ayrılır?
22.05.2025 - 12:35
Mourinyo “Fənərbaxça”dan ayrılır?

Joze Mourinyo “Fənərbaxça” ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O, təkliflər olmasına rəğmən İstanbul təmsilçisindən ayrılmaq istəmir.

Daha öncə Mourinyonun adı Səudiyyə Ərəbistanı klubları ilə hallanırdı.

“Fənərbaxça” Super Liqada sona iki tur qalmış 81 xalla ikinci sıradadır. “Sarı-lacivərdlilər” gümüş medalları təmin edib.