Mourinyo onu istəmir: "Fənərbaxça"dan gözlənilməz qərar
09.10.2024 - 10:58

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın futbolçusu Mert Müldür Osayi-Samuelin yoxluğunda Joze Mourinyonun rəğbətini qazana bilməyib.
Apasport.az xəbər verir ki, bu səbəbdən portuqaliyalı çalışdırıcı ara transfer dövründə bu mövqeyə yeni transfer edəcək.
Mourinyonun "Ayaks"dan Devyn Renşi istədiyi iddia edilib.
Mert Müldür bu mövsüm "Fənərbaxça"nın heyətində 13 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 1 məhsuldar ötürmə edib.
Devyn Renş isə "Ayaks"ın heyətində 12 oyun keçirib. 21 yaşlı hollandiyalı bu matçlarda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0