Mövsümün futbolçusu bəlli oldu
24.05.2025 - 11:53

İtaliya A seriyasında 2024/26 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey layiq görülüb.
28 yaşlı yaşlı futbolçu 34 matçda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Şotlandiya millisinin üzvünün "Napoli" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
0
0