Mpabbe millinin heyətində rekorda imza atıb
06.06.2025 - 10:57
Mpabbe millinin heyətində rekorda imza atıb

"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa millisində rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu Millətlər Liqasının yarımfinalında İspaniya ilə oyunda qol vurub və məhsuldar ötürmə edib.

Hücumçu yığmadakı assistlərinin sayını 31-ə çatdırıb və bu göstəricidə rekordçu olub.

Bundan əvvəlki rekordçu Antuan Qrizmann idi – 30 məhsuldar ötürmə.

Qeyd edək ki, Fransa yığması yarımfinal görüşündə İspaniya yığmasına məğlub olub - 5:4.