Müller Kanada klubunda
06.08.2025 - 21:49
Müller Kanada klubunda

"Bavariya"nın sabiq futbolçusu Tomas Müller "Vankuver Uaytkeps"ə transfer olunub.

Apasport.az xəbər verir ki, bu barədə Kanada təmsilçisindən məlumat yayılıb.

35 yaşlı hücumçu ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

Anlaşmanın müddəti daha bir artırıla bilər. 

Qeyd edək ki, Müller Münhen klubunun heyətində 33 titul qazanıb.