Muriqi “Fənərbaxça”ya qayıdır - “Qalatasaray”ın təklifini rədd etdi
28.05.2026 - 21:41
“Malyorka”nın hücumçusu Vedat Muriqi karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 32 yaşlı forvard “Fənərbaxça” ilə anlaşıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, Kosovo millisinin üzvü Aziz Yıldırım “sarı-lacivərdlilər”in prezident seçkilərində qalib gələrsə, bu transfer gerçəkləşəcək.
Bildirilib ki, futbolçu bu səbəbdən “Qalatasaray”ın təklifini geri çevirib.
Qeyd edək ki, Vedat Muriqi 2019/20 mövsümündə “Fənərbaxça”nın formasını geyinib.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0