“Napoli”də ciddi itki - 3 ay oynamayacaq
18.08.2025 - 23:24
“Napoli”də ciddi itki - 3 ay oynamayacaq

Ötən mövsüm İtaliya A Seriyasının qalibi olan “Napoli” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın forvardı Romelu Lukaku zədələnib.

32 yaşlı hücumçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Lukaku “Olimpiakos”la keçirilən yoxlama oyununda ayaq əzələsindən zədələnib.