“Napoli”dən “Arsenal”a
09.02.2026 - 22:23
“Napoli”dən “Arsenal”a

"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıda bilər.

Apasport.az xəbər verir ki, "Arsenal" şotlandiyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, "topçular" Maktomineyi yayda heyətinə qatmağa çalışacaq. Neapol təmsilçisi 29 yaşlı oyunçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.