Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
30.06.2026 - 04:19
Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Paraqvaya məğlubiyyətdən sonra gələcəyi barədə danışıb.

Apasport.az xəbər verir ki, mütəxəssis postundan könüllü ayrılmaq fikrində olmadığını bildirib.

“Mən məsuliyyətdən qaçan insan deyiləm. 2028-ci ilə qədər müqaviləm var. Almaniya Futbol Federasiyası getməyimi istəyirsə, bunu mənə deməlidir”, - deyə Naqelsmann bildirib.

Qeyd edək ki, Almaniya DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.