“Neftçi”nin sabiq futbolçusu Albaniyada - RƏSMİ
26.12.2024 - 19:06
"Neftçi"nin sabiq futbolçusu Bruno Teluşinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, albaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
34 yaşlı futbolçu "Flamurtari"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Bruno Teluşi 2020/2021 mövsümünü "Neftçi"də keçirib və Azərbaycan çempionu olub. O, "ağ-qaralar"ın heyətində 9 rəsmi matçda meydanda olub.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0