Niderland millisində ciddi itki
24.03.2026 - 15:49
Niderland millisində ciddi itki

Niderland millisində ciddi itki yaşanıb.

Apasport.az xəbər verir ki, Memfis Depay sıradan çıxıb.

"Korintians"ın futbolçusu "Flamenqo" ilə matçda (1:1) ayaq əzələsindən zədə alıb.

Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Niderland yığması martın 27-də Norveçlə, 31-də isə Ekvadorla qarşılaşacaq.