Niderlandlı futbolçu İngiltərə yolunda
19.07.2025 - 11:23
"Leypsiq"in futbolçusu Xavi Simons bu yay komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə "Arsenal" və "Çelsi" yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, niderlandlı oyunçu "Leypsiq"in gələn mövsüm avrokuboklarda çıxış edə bilməməsinə görə klubu tərk etməyə müsbət yanaşır.
Qeyd edək ki, Simons ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi oyunda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0