Nigeriya millisinin üzvü "Atletiko"nun radarında
17.06.2025 - 17:55

İspaniya La Liqası təmsilçilərindən "Atletiko Madrid" hücum xəttini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, komanda "Atalanta"nın üzvü Ademola Lukmanla yaxından maraqlanır.
Bu barədə “La Gazetta della Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, italiyalılar 27 yaşlı hücumçunun satışından 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Nigeriya millisinin üzvü başa çatan mövsümdə A Seriyası klubu ilə çıxış etdiyi 40 rəsmi matçda 20 qol və 7 assistlə yadda qalıb.
0
0