"O varsa, mən yoxam" dedi - Baş məşqçi istefa verdi
12.06.2025 - 12:03
"O varsa, mən yoxam" dedi - Baş məşqçi istefa verdi

Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Mixal Probierza istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə məşqçi özü açıqlama yayıb:

"Hazırda Polşa milli komandasının yaxşılığı üçün ən doğru qərar mənim ayrılmağımdır. Bu vəzifədə olmaq xəyallarım idi və mənim üçün çox böyük şərəf idi".

Xatırladaq ki, bir neçə gün öncə Robert Levandovski ilə baş məşqçi arasında gərginlik yaşanmışdı, daha sonra Probierza Robertdən kapitanlıq sarğısını almışdı. Robert Levandovski isə milli karyerasını başa vurmuş və Probierza baş məşqçi postunda qaldığı müddətcə Polşa milli komandasının formasını geyinməyəcəyini açıqlamışdı.

Qeyd edək ki, 2026 Dünya Çempionatı seçmə mərhələsi çərçivəsində çıxdığı 3 oyunda 6 xal toplayan Polşa millisi, ötən gün səfərdə Finlandiyaya məğlub olmuşdu: 1:2.