Oçoa karyerasını bitirdi - Meksika əfsanəsi futbolla vidalaşdı
06.07.2026 - 08:07
Oçoa karyerasını bitirdi - Meksika əfsanəsi futbolla vidalaşdı

Meksika millisinin qapıçısı Gilyermo “Memo” Oçoa peşəkar futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper qərarını DÇ-2026-nın 1/8 finalında İngiltərəyə 2:3 hesablı məğlubiyyətdən sonra açıqlayıb.

Oçoa karyerası ərzində 6 dünya çempionatında iştirak edib. O, uzun illər Meksika millisinin əsas simalarından biri olub və böyük turnirlərdəki çıxışları ilə futbolsevərlərin yaddaşında iz qoyub.

Qeyd edək ki, Oçoa Meksika millisinin heyətində 152 oyun keçirib. Klub karyerası ərzində “Amerika”, “Ajaçço”, “Malaqa”, “Qranada”, “Standard”, “Salernitana” və AEL-in formasını geyinib.