Okan Buruk: "Oyunumuza azərbaycanlı hakim versinlər"
22.08.2024 - 08:44
Okan Buruk: "Oyunumuza azərbaycanlı hakim versinlər"

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandasının Çempionlar Liqasının pley-of mərhələsində "Yanq Boyz"a 3-2 hesabı ilə uduzduğu matçdan sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, Buruk matçı matça alman hakimin təyin olunmasına sərt reaksiya verib.

Məşqçi matçın İsveçrənin alman kantonunda keçirdiklərini xatırladıb və bu qərarın birmənalı olmadığını bildirib:

"Səhvlərimiz var idi və rəqibə xeyli şans verdik. Biz bundan daha yaxşısını etməliyik. Tribunada idim və oyuna oradan baxırdım, hakim idarəçiliyi məni narahat etdi. Lazımsız kartlar verdi. İsveçrənin alman kantonundayıq və matça alman hakim təyin olunub. İnşallah, ikinci oyuna azərbaycanlı hakim təyin edərlər və vəziyyət bərabərləşər”.

Qeyd edək ki, cütün cavab qarşılaşması 27 avqustda İstanbulda baş tutacaq. 

0