Okan Buruk Zahanın yerinə onu düşünür
14.08.2024 - 22:57
Okan Buruk Zahanın yerinə onu düşünür

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Vilfred Zahanın alternativini tapıb.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızıların" yeni hədəfi Con Ariasdır.

Arias hazırda "Fluminense"nin şərəfini qoruyur. İddialara görə, futbolçu özü Türkiyəyə gəlməyə isti baxır. Lakin "Qalatasaray"ın təklif etdiyi 10 milyon avronu az hesab edən "Fluminense" futbolçu üçün 15 milyon avroluq təklif gözləyir. 

Qeyd edək ki, Con Ariasın klubu ilə müqaviləsi 2 il sonra başa çatacaq.

0