Olise "Liverpul"un hədəfində
27.08.2025 - 17:56

"Bavariya"nın futbolçusu Maykl Olise komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" onunla yaxından maraqlanır.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Yarımmüdafiəçi həmçinin "Çelsi" və "Mançester Siti"nin transfer radarına düşüb. Lakin onun hələ ki, qərarını vermədiyi bildirilir.
Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan transfer edib.
0
0