“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ə rəhbərlik edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər müqavilənin şərtləri ilə bağlı fəal danışıqlar aparır.
Daha əvvəl Piolinin "Real Madrid"in keçmiş ulduzu Kərim Benzemanın çıxış etdiyi “Əl-İttihad”a rəhbərlik edəcəyi bildirilirdi.
Bununla belə, Stefano və "Əl-İttihad" arasındakı razılaşma uğursuzluğa düçar oldu.
"Əl-Nəsr" bu yaxınlarda Luis Kastronu istefaya göndərib və Pioli hazırda komandanın prioritet namizədidir.
Xatırladaq ki, Stefano daha əvvəl İtaliya çempionatının qalibi olan "Milan"dan ötən yay ayrılmışdı.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab