Platini İnfantinoya qarşı çıxdı – “O, getməlidir”
31.08.2026 - 13:03
Platini İnfantinoya qarşı çıxdı – “O, getməlidir”

UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA rəhbəri Canni İnfantinonu sərt tənqid edib.

Apasport.az xəbər verir ki, fransalı futbol əfsanəsi İnfantinonun FIFA prezidenti postundan getməli olduğunu bildirib.

Platini onun futbol qaydalarının qorunmasına cavabdeh şəxs kimi öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini düşünür.

Platini xüsusilə 2026-cı il dünya çempionatı zamanı yaşanan bəzi hadisələrə diqqət çəkib. O, matçlarda reklam məqsədilə uzadılan su fasilələrini, final qarşılaşmasında fasilənin nəzərdə tutulan vaxtdan xeyli çox davam etməsini və ABŞ millisinin futbolçusu Folarin Baloqunun qırmızı vərəqə ilə bağlı cəzasının dayandırılmasını tənqid edib.

“Qaydaların təminatçısı odur, amma özü onlara əməl etmir. O, getməlidir”, – deyə Platini bildirib.

70 yaşlı sabiq UEFA rəhbəri İnfantinonun həmişə pul və hakimiyyəti sevdiyini də söyləyib. Onun fikrincə, FIFA prezidentinin vəzifədən uzaqlaşdırılması üçün əsas vasitə futbol qurumları deyil, hüquqi proseslər ola bilər.