Portuqaliya millisinin üzvü İspaniya klubunu tərk edib
19.07.2025 - 09:44
İspaniya La Liqası təmsilçisi "Betis"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Uilyam Karvalyo komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti başa çatıb və yenilənməyib.
Qeyd edək ki, Karvalyo 2018-ci ilin yayında “Sportinq” klubundan İspaniya təmsilçisinə transfer olunmuşdu. Portuqaliya millisinin üzvü bu müddət ərzində 223 rəsmi oyunda iştirak edib, 11 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0