Portuqaliya millisinin üzvü "Siti"dən ayrılacaq - MÖVSÜMÜN SONUNDA
16.04.2026 - 17:32
"Mançester Siti"nin futbolçusu Bernardo Silvanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi komandadan ayrılacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsi cari mövsümün sonunda başa çatacaq 31 yaşlı oyunçu "şəhərlilər"lə yeni sözləşmə imzalamayacaq.
Qeyd edək ki, "Siti" Portuqaliya millisinin üzvünü 2017-ci ildə "Monako"dan 50 milyon avro qarşılığında transfer etmişdi. O, indiyədək Premyer Liqa təmsilçisi ilə çıxış etdiyi 451 rəsmi matçda 76 qol və 77 assistlə yadda qalıb.
0
0