Portuqaliyada Orkun Kökçünün gecəsi
25.08.2024 - 15:48

Portuqaliya çempionatının 3-cü turunda "Benfika" evdə "Estrela"nı qəbul edib.
Apasport.az xəbər verir ki, "Stadio da Luz"da oynanan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 19-cu dəqiqədə türkiyəli Orkun Kökçü vurub. Bu, onun mövsümdə ilk qolu olub. Orkun buna qədər 1 asistə müəlliflik edib.
Qeyd edək ki, xallarını 6-ya çatdıran "qırmızı-ağlar" turnir cədvəlinin 6-cı pilləsində yer alıb. "Estrela" isə 1 xalla 14-cüdür.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0