Portuqaliyalı futbolçu "Yuventus"da qalacaq
22.07.2025 - 15:23
"Yuventus" ötən mövsüm "Portu"dan icarəyə götürdüyü Fransisko Konseysaunun transfer hüquqlarına yiyələnəcək.
Apasport.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" Portuqaliya klubuna 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Konseysau ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 40 rəsmi oyunda iştirak edib, 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0