Portuqaliyalı vinger "Yuventus"da qaldı - RƏSMİ
23.07.2025 - 11:49
Portuqaliyalı vinger "Yuventus"da qaldı - RƏSMİ

"Yuventus" ötən mövsüm icarə əsasında heyətində çıxış edən Fransisko Konseysaonun transfer hüquqlarını rəsmi olaraq əldə edib.

Apasport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

İtaliya təmsilçisi Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 32 milyon avro ödəyəcək. 22 yaşlı vinger "Yuventus" ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Konseysao ötən mövsüm "Yuventus"un heyətində 40 oyunda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.