Premyer Liqa klubları Arda ilə maraqlanır
07.10.2025 - 17:51
Premyer Liqa klubları Arda ilə maraqlanır

“Real”ın futbolçusu Arda Güler qış fasiləsində klubunu tərk edə bilər.

Apasport.az xəbər verir ki, “Arsenal” və “Nyukasl” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa təmsilçiləri oyunçunun durumunu yaxından izləyir.

Arda bu mövsüm La Liqada 8 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.