Premyer Liqa klubu En-Nesrini istəyir - 40 MİLYON AVRO TƏKLİF EDƏCƏK
11.08.2025 - 13:56
Premyer Liqa klubu En-Nesrini istəyir - 40 MİLYON AVRO TƏKLİF EDƏCƏK

“Fənərbaxça”nın forvardı Yusif En-Nesri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Vest Hem” yaxından maraqlanır.

Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “çəkiclilər” futbolçu üçün “sarı-lacivərlilər”ə 40 milyon avro təklif etməyi planlaşdırır.

Xatırladaq ki, En-Nesri ötən ilin yayında “Sevilya”dan 19,5 milyon avroya “Fənərbaxça”ya transfer olunmuşdu.

Qeyd edək ki, Mərakeş millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 52 rəsmi matçda 30 qol vurub və 7 qol ötürməsi ilə yadda qalıb.