Premyer Liqa klubu müdafiəçisi ilə müqavilə yeniləyib
01.07.2025 - 21:39

Premyer Liqa təmsilçilərindən "Nottingem Forest" uelsli müdafiəçisi ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub sağ cinah müdafiəçisi Neko Uilyams ilə müqavilə yeniləyib.
Tərəflər arassında müqavilə 2029-cu ilin yayına qədər uzadılıb.
2022-ci ilin yayında "Liverpul"dan "Forest"ə qoşulan Neko, komandanın heyətində 100-dən çox oyuna çıxıb.
0
0