Premyer Liqa klubu Virtzi istəyir
27.09.2024 - 12:35
Premyer Liqa klubu Virtzi istəyir

Bundesliqa klublarından “Bayer”də çıxış edən hücumameyilli yarımmüdafiəçi Florian Virtz Avropanın daha bir top-klubunun hədəfinə çevrilib.

Apasport.az “The Mirror”-a istinadən xəbər verir ki, “Arsenal” almaniyalı futbolçunu transfer etməkdə maraqlıdır.

“Topçular” 21 yaşlı futbolçu üçün “Real” və “Bayern”lə mübarizə aparmaq niyyətindədir. “Bayer” təxminən 150 milyon avro təklif etsələr, onunla ayrılmağa hazırdır.

Virts Almaniya çempionatının cari mövsümündə 4 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

0