Premyer Liqa klubunda növbəti ayrılıq - RƏSMİ
30.06.2025 - 20:24
Premyer Liqa klubunda növbəti ayrılıq - RƏSMİ

İngiltərə Premyer Liqasında çıxış edən "Asto Villa" daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Marko Asensionun icarə müddəti bitib.

29 yaşlı yarımmüdafiəçi məxsus olduğu PSJ-yə qayıdıb.

Qeyd edək ki, ispaniyalı oyunçu "Aston Villa"nın heyətində çıxış etdiyi 21 rəsmi matçda 8 qol və 1 assistlə yadda qalıb.