Premyer Liqa klubunda yeni təyinat - RƏSMİ
21.04.2026 - 09:12
Mövsümün sonunda Andoni İraola ilə yollarını ayıracağını açıqlayan "Bornmut"un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Marko Roze çalışdıracaq.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssislə 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. 49 yaşlı məşqçi mövsüm başa çatdıqdan sonra işə başlayacaq.
Qeyd edək ki, Marko Rozenin son iş yeri "Leypziq" olub. O. 2025-ci ilin martında Almaniya klubundan ayrılıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0