Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub
12.11.2025 - 18:56
Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub

"Vulverhempton"un yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu posta Rob Edvardsı gətirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uelsli mütəxəssislə 4 illik müqavilə imzalanıb. "Qurdlar" 42 yaşlı məşqçi üçün onun son klubu "Midlsbro"ya 3 milyon funt-sterlinq təzminat ödəyib.

Qeyd edək ki, "Vulverhempton" bir neçə gün əvvəl Vitor Pereyra ilə yollarını ayırıb.