![Premyer Liqada transfer pəncərəsinin tarixləri dəyişdiriləcək](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a5bd2da5cab67a5bd2da5cac173891511767a5bd2da5c8b67a5bd2da5caa.jpg)
İngiltərə Premyer Liqasının klubları qış transfer pəncərəsini iki həftəyə qədər qısaltmaq və yay transfer pəncərəsini mövsüm başlamamışdan əvvəl bağlamaq barədə düşünür.
Apasport.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə klublarının məqsədi mövsüm başlayandan sonra futbolçuların potensial transferləri ilə bağlı məşqçilər və komandalar üçün yaranan narahatlığı minimuma endirməkdir.
Transfer pəncərələrinin vaxtı ilə bağlı mümkün dəyişikliyin müzakirəsi, dünən Premyer Liqanın 20 klubunun idman direktorlarının iclasında aparıldığı vurğulanır.
Klub sahibləri, prezidentləri və digər əsas klub xadimləri gələn həftə oyunçuların bir komandadan digərinə keçə biləcəyi vaxt çərçivələrinə səs vermək üçün görüşməyə hazırlaşırlar.