İngiltərə Premyer Liqasında yeni mükafatın təsis olunması zərurəti yaranıb.
Apasport.az saytının məlumatına görə, belə qənaətə “Nyukasl”ın hücumçusu Kallum Uilson gəlib.
O, Erlinq Haland istisna olmaqla, ən çox qol vuran futbolçuya “Gümüş buts” verilməsini təklif edib: “Hücumçular çalışırlar ki, rəqabət aparsınlar. “Qızıl buts” ən çox qol vuran hücumçuya çatacaq. Amma bu, indi aktual deyil. Halanda ayrı “Qızıl top” verin, bizə ayrısını, “Gümüş buts”u. Bizə də mükafat verin ki, ədalətli olsun. Əminəm ki, Erlinq bir mövsümdəki qol sayında Premyer Liqa rekordunu qıracaq”.
Qeyd edək ki, 38 turluq Premyer Liqada qol rekordu 32 dəfə fərqlənən Məhəmməd Salaha məxsusdur. “Mançester Siti”nin hücumçusu isə artıq 8 oyunda 14 qola sevinib.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu