Premyer Liqanı İtaliya çempionatına dəyişdi
04.02.2025 - 11:49
Premyer Liqanı İtaliya çempionatına dəyişdi

İtaliya A Seriya təmsilçilərindən “Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi “Nyukasl”dan Loyd Kellini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi satınalma variantı ilə icarəyə götürülüb.

Qeyd edək ki, Kelli cari mövsümdə 14 oyunda forma geyinib. 

 

0