İngiltərə Premyer Liqasının klubları arasında gəlir və xərclər baxımından ən yaxşı tarazlığa “Mançester Siti” sahibdir (+116 milyon avro).
Apasport.az “Transfermarkt”a istinadən xəbər verir ki, yay "transfer pəncərəsi"nin nəticələrinə əsasən, “şəhərlilər” 25 milyon xərcləyib və 141 milyon avroya oyunçu satıb.
“Brayton” İngiltərə Premyer Liqasının yay bazarının sonunda ən pis transfer balansına sahibdir (-182,9 milyon avro). “Qağayılar” 231 milyon xərcləyib və 48,2 milyon avroya oyunçu satıblar.
İngiltərə çempionatında iştirak edən klublar arasında futbolçu alışına ən çox pul xərcləyən “Çelsi”dir – 261 milyon avro.
Premyer Liqanın iki turundan sonra “Mançester Siti” 6 xal toplayıb və 1-ci yerdədir.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab