
"Heyət mübarizə apara biləcək gücdədir, problem sistemdədir".
Apasport.az xəbər verir ki, bu sözləri "Liverpul"un sabiq futbolçusu Denni Mörfi "Mançester Yunayted"in "Qrimsbi"yə məğlubiyyətindən sonra deyib.
Veteran futbolçu problemin futbolçularda yox, baş məşqçidə olduğunu vurğulayıb:
"Bu heyətin mübarizə apara biləcək gücdə olduğunu düşünürəm. Məncə, problem sistemdədir, ilk gündən bu fikirdəyəm. Mən belə sistemdə yarımmüdafiəçi kimi oynamaq istəməzdim".
“Futbol perspektivində baxsaq, bu sistemin işə yarayacağını demək çətindir. Hansı yarımmüdafiəçi bu sistemlə inkişaf edə bildi? Heç biri. Səbəb bilirsiniz nədir? İstər 3-5-2, istər də 3-4-3 sxemi ilə oyna, əgər meydanın mərkəzində cəmi 2 yarımmüdafiəçin varsa, rəqibin səni üstələyəcək".
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Liqa Kubokunda "Qrimsbi" ilə əsas hissəsi 2:2 yekunlaşan matçda penaltilər seriyasında (11:12) məğlub olub.