Sloveniyanın “Olimpiya” klubunun azarkeşləri Robert Prosineçkinin baş məşqçi postundan istefaya göndərilməsinə kəskin narazılıqlarını bildiriblər.
Apasport.az saytının məlumatına görə, Lyublyana klubunun fanatları xorvatiyalı mütəxəssisin yerinə təyin olunan Albert Rieranın mətbuat konfransına basqın ediblər.
“Ultras” qrupunun üzvləri Rieranın təqdimat mərasimi zamanı zala daxil olaraq Prosineçkinin qovulmasına etirazlarını bildiriblər. Onların hədə-qorxusundan sonra ispaniyalı mütəxəssis konfrans zalını tərk edib.
Qeyd edək ki, 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdıran Robert Prosineçkinin “Olimpiya”dan qovulmasına səbəb rəhbərliklə fikir ayrılığı və içki aludəçiliyi göstərilib.